Samsung və Nokia səhmləri Huawei qərarı ilə bahalaşdı | Banco.az

Samsung və Nokia səhmləri Huawei qərarı ilə bahalaşdı

Google-un Huawei ilə bağlı verdiyi qərar Çin nəhənginin rəqiblərinin səhmlərinin bahalaşmasına səbəb olub.

Səbəb Huawei-nin Android telefonlar istehsal edə bilməyərək bazar payını itirəcəyi və yerini rəqiblərinim tutacağının gözlənilməsidir.

Samsung-un səhmləri 2 faiz bahalaşıb və şirkətin bazar dəyəri 5 milyard dollar artaraq 233 milyard dollara qalxıb. Nokia-nın səhmlərinin bahalaşması 5 faizi keçib.

Xəbər verdiyimiz kimi, Google-un baş şirkəti Alphabet Huawei şirkətilə əməkdaşlığı dayandırıb. Huawei-nin yeni telefonlarında Android proqramlarına daxil olmaq münkün olmayacaq. İstifadəçilər Gmail və Youtube kimi proqramları istifadə edə bilməyəcəklər. Həmçinin, Android əməliyyat sistemini yeniləmək mümkün olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Yeni telefon almaq istəyənlərin Samsung və Nokia modellərinə yönələcəyi gözlənilir.

Huawei Samsung-dan sonra dünyada ən çox ağıllı telefon satan şirkətdir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç