"Samsung" çip istehsal həcmini artırır | Banco.az

"Samsung" çip istehsal həcmini artırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Samsung Electronics” 2023-cü ildə ən böyük müəssisəsində çip istehsalını genişləndirmək niyyətindədir.

Banco.az xəbər verir ki, qlobal iqtisadi yavaşlama ilə bağlı proqnozlara baxmayaraq, Samsung Electronics gələn il Cənubi Koreyanın Pyeongtaek şəhərindəki ən böyük yarımkeçirici zavodu olan P3 zavodunda istehsal gücünü artırmağı planlaşdırır.

Bununla yanaşı, “Samsung” bu il istehsala başlayan və artıq şirkətin ən böyük çip istehsal müəssisəsi olan P3-ü tökmə müqavilələri çərçivəsində həyata keçirləcək əlavə 4 nanometr çip tutumu ilə genişləndirəcək.

Şirkət gələn il sözügedən zavoda ən azı 10 ekstremal ultrabənövşəyi maşın əlavə etməyi də planlaşdırır.

Qeyd edək ki, analitiklər hazırki azalan tələbə baxmayaraq, “Samsung”un investisiya planlarında belə bir addım atmağının yaddaş çiplərində bazar payını artırmağa və tələb yaxşılaşdıqda səhm qiymətini dəstəkləməyə yönəlmək məqsədi daşıdığını şərh edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et