Rusiyanın xarici ticarət profisiti azalıb | Banco.az

Rusiyanın xarici ticarət profisiti azalıb

Rusiyanın xarici ticarət artığı (profisiti) bu ilin ilk 6 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 5,5% geriləyərək 92,2 milyard dollara düşüb.

Rusiya Federal Gömrük Xidmətinin (FTS) məlumatlarına görə, ölkənin ixracı bu ilin yanvar-iyun dövründə 2018-in eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 206,5 milyard dollara, idxalı isə 2% azalaraq 114,3 milyard dollara düşüb.

Rusiyanın xarici ticarət saldosu bu ilin ilk yarısında 2018-in eyni dövrünə müqayisədə 5,5% düşərək 92,2 milyard dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın ən böyük neft və təbii qaz ixracatçılarından Rusiyanın ixracında enerji məhsullarının payı isə  64%-dən 64,7%-ə qalxıb.

Rusiyanın xarici ticarət profisiti 2018-də 62%-lik artımla 211,6 milyard dollara çatmışdı.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç