Rusiyanın ən böyük neft şirkəti xalis mənfəətini açıqlayıb | Banco.az

Rusiyanın ən böyük neft şirkəti xalis mənfəətini açıqlayıb

Rusiyanın ən böyük neft şirkəti "Rosneft"in xalis mənfəəti, bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 61,7 faiz artaraq 131 milyard rubla (təxminən 2 milyard dollar) qalxıb.

"Rosneft"dən bildiriblər ki, şirkətin gəlirləri 2019-cu ilin ilk rübündə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 2 trilyon rubla (təxminən 32 milyard dollar) qalxıb.

Sözügedən dövrdə, şirkətin neft hasilatının 3,9 faiz artaraq 57,6 milyon tona yüksəldiyi qeyd edilən açıqlamada, şirkətin 2019-un ilk rübündə xalis mənfəətinin 2018-in eyni dövrü ilə müqayisədə 61,7 faiz artaraq 131 milyard rubla (təxminən 2 milyard dollar) qalxdığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada fikirlərinə yer verilən "Rosneft"in rəhbəri İqor Seçin, "Neft qiymətlərindəki dalğalanmalara və azalmaya baxmayaraq, "Rosneft", bu ilin ilk rübündə maliyyə cəhətdən böyümə göstərib. Xərc nəzarəti və investisiyalara dair qərarlar, bu uğuru təmin etmişdir". ifadələrini istifadə edib..

Rusiyanın ən böyük neft şirkəti "Rosneft"in xalis mənfəəti, 2018-ci ildə bir əvvəlki ilə nisbətən 150 faiz artaraq 549 milyard rubla qalxmışdı.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et