Rusiyanın dövlət borcu 9,8% artıb | Banco.az

Rusiyanın dövlət borcu 9,8% artıb

2023-cü ilin birinci yarısında Rusiyanın dövlət borcu 9,8% (2,24 trilyon rubl) artaraq 25,06 trilyon rubla çatıb.

Banco.az xəbər verir ki,bu barədə Tass.ru xəbər verib.

Hesabata görə, dövlət borcu 2023-cü il üçün proqnozlaşdırılan ÜDM dəyərinin 16,7%-ni təşkil edib.

Hesablama Palatası dövlət borcunun artımını qiymətli kağızlar üzrə daxili borcun artması (1,39 trilyon rubl), eləcə də xarici borcun 856,1 milyard rubl artması ilə əlaqələndirir.

Qeyd edək ki, dünən Maliyyə Nazirliyi “2024–2026-cı illər üçün büdcə, vergi və gömrük tarif siyasətinin əsas istiqamətləri”ni dərc edib.

Həmin sənədə əsasən, ekspertlər hesab edir ki, ölkə 2025-ci ilə qədər öz imkanları daxilində yaşamalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et