Rusiyanın büdcə kəsiri azalıb | Banco.az

Rusiyanın büdcə kəsiri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın büdcəsi ilin 9 ayı ərzində 1,7 trilyon rubl (təxminən 16,9 milyard dollar) kəsir verib.

Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, 9 ayda ölkənin büdcə gəlirləri 19,7 trilyon rubl təşkil edib.

Sözügedən dövrdə büdcə xərcləri 21,4 trilyon rubl səviyyəsində olub və bununla da büdcədə 1,7 trilyon rubl kəsir yaranıb.

Ölkənin neft və təbii qaz gəlirləri ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz azalaraq 5,5 trilyon rubl olduğu halda, qeyri-neft və təbii qaz gəlirləri də 26 faiz artaraq 14,2 trilyon rubl olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et