Rusiyanın beynəlxalq ehtiyatları 8.3% artıb | Banco.az

Rusiyanın beynəlxalq ehtiyatları 8.3% artıb

Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkənin beynəlxalq ehtiyatları, 2018-də bir əvvəlki illə müqayisədə 8,3% artaraq 468,5 milyard dollara çatıb.

Rusiyanın beynəlxalq ehtiyatları 2017-də 14,6% artımla 432,7 milyard dollara qalxmışdı.

Mərkəzi Bankı və Rusiya hökuməti tərəfindən idarə olunan valyuta, BVF ehtiyat mövqeyi, qızıl və digər ehtiyat aktivlərindən ibarət olan ölkənin beynəlxalq ehtiyatları, 2008-ci ilin Avqust ayında 598 milyard dollarla tarixin ən yüksək səviyyəsinə çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya Mərkəzi Bankı tərəfindən bir müddət əvvəl dərc olunan hesabatda, 2018-in ikinci rübündə bankın 100 milyard dollarlıq ehtiyatını yuan və avroya çevirdiyi qeyd edilmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et