Rusiyada inflyasiya ötən 5 ilin maksimumuna çatdı | Banco.az

Rusiyada inflyasiya ötən 5 ilin maksimumuna çatdı

Tamara Mustafayeva,  Banco.az

Rusiyada inflyasiya ötən beş ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Rusiya Federal Statistika Komitəsi (Rosstat) ölkədə qiymət artıma dair avqust ayı üzrə yekun göstəriciləri açıqlayıb. Buna görə, ötən ay inflyasiya illik əsasda 6,7%-ə yüksəlib ki, iyul ayında bu göstərici 6,5% idi. Bu da 2016-cı ildən bəri qeydə alınan ən yüksək səviyyədir.

Qeyd edək ki, ölkədə avqust ayı ərzində ərzaq qiymətlərində illik əsasda ümumilikdə 7,7% artım müşahidə edilib ki, həmin ay şəkər məhsulları 38,2%, bitki yağı 27,3%, yumurta isə 15,4% bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et