Rusiyada dollar son 6 ayın ən yüksək səviyyəsinə qalxıb | Banco.az

Rusiyada dollar son 6 ayın ən yüksək səviyyəsinə qalxıb

Müəllif:Mehin Qasımova/Banco.az

Bu gün  Moskva birjasında keçirilən ticarət zamanı dolların məzənnəsi 94 rubla yaxınlaşıb ki, bu da demək olar ki, son altı ayın ən yüksək göstəricisidir.

Banco.az xəbər verir ki, Amerika valyutası günün əvvəlindən təxminən 50 qəpik əlavə edərək 93,92 rubla ticarət olunur.

Qeyd edək ki, dollar sonuncu dəfə 30 oktyabr 2023-cü ildə bahalaşıb.

Avro 101 rubl civarında ticarət olunur, bir gün əvvəl isə demək olar ki, 101,5 rubla çatıb. Həmçinin, yuan dekabrın sonundan maksimuma yüksəlib - 12,94 rubl.

Daha əvvəl maliyyə eksperti  Vladimir  Qriqoryev bildirib ki, rublun məzənnəsinə ilk növbədə valyuta məhdudiyyətlərinin olub-olmaması təsir edir. Onun sözlərinə görə, yaxın vaxtlarda Rusiya valyutasına təzyiq xeyli artacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et