Rusiyada "AvtoVaz" satışı 1,8 dəfə artıb | Banco.az

Rusiyada "AvtoVaz" satışı 1,8 dəfə artıb

Müəllif: Mehin Qasımova/Banco.az 

2023-cü ilin sentyabrında Rusiyada "AvtoVaz" satışı keçən ilin sentyabr ayı ilə müqayisədə 1,8 dəfə artaraq 36,2 min avtomobilə çatıb. 

Banco.az xəbər verir ki, bu barədə Tass.ru xəbər verib.

Belə ki,  bu ilin avqust ayı ilə müqayisədə  bu artım 8,7% təşkil edib.

Ümumilikdə, 2023-cü ilin yanvar-sentyabr aylarında "AvtoVaz" 242,6 min yeni avtomobil satıb ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 96% çoxdur.

Bu ilin üçüncü rübündə "Lada" avtomobillərinin istehsalı, artan sanksiyalara baxmayaraq, ikinci rüblə müqayisədə 1,7 dəfə - 118 min avtomobilə qədər artıb. Sentyabrda istehsal həcmi avqust ayı ilə müqayisədə 17% artaraq,  47 min avtomobil təşkil edib.

"AvtoVaz"ın ABŞ-ın sanksiyalar siyahısına salınmasını şərh edən şirkət prezidenti Maksim Sokolov qeyd edib ki, bu gün "AvtoVaz" maksimum iş tempini və istehsalın fasiləsizliyini qorumağa hazırdır:

Ən sərfəli kredit üçün müraciət et

“Şirkətin sanksiya siyahılarına birbaşa daxil olması hazırda işimizə ciddi təsir göstərmir. Biz öz səlahiyyət sahəmizdə bu riskləri azaltmaq üçün hər cür səy göstəririk ".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et