Rusiya yenə də Çinin ən böyük neft tədarükçüsü oldu | Banco.az

Rusiya yenə də Çinin ən böyük neft tədarükçüsü oldu

Tamara Mustafayeva, Banco.az

Çin Baş Gömrük İdarəsinin məlumatlarına görə, Rusiya may və iyun aylarından sonra iyul ayında da Çinin ən böyük neft tədarükçüsü olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çin iyul ayında Rusiyadan əvvəlki ilin eyni ayına nəzərən 7,6 faiz artımla 7,15 milyon ton neft alıb. Bununla belə, iyulda Rusiyadan Çinə orta gündəlik neft satışı 1,68 milyon barel olub ki, may ayında bu göstərici 2 milyon barel idi. 

Çinin ikinci ən böyük neft tədarükçüsü isə 6,54 milyon ton, 1,54 milyon barel/gün ilə Səudiyyə Ərəbistanı olub. Rusiya ilin ilk 7 ayında Çinə ötən illə müqayisədə 4,4 faiz artımla 48,45 milyon ton neft satıb. Səudiyyə Ərəbistanının ixracatı isə 1 faiz azalaraq 49,84 milyon tona düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et