Rusiya yanacaq ixracını məhdudlaşdırmağa qərar verib | Banco.az

Rusiya yanacaq ixracını məhdudlaşdırmağa qərar verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya benzin və dizel yanacağının ixracına məhdudiyyətlər qoyub.

Banco.az xəbər verir ki, Rusiya hökuməti daxili bazardakı qiymət artımı ilə əlaqədar benzin və dizelin ixracını məhdudlaşdırıb.

Bu barədə Rusiya hökuməti yazılı bəyanat yayıb.

Bəyanatda sözügedən qərarın daxili bazarda yanacağın qiymətini tarazlaşdırmaq məqsədilə qəbul edildiyi bildirilib.

Qeyd edək ki, Rusiyada bir müddətdir ki, rublun məzənnəsinin xarici valyutalar qarşısında zəifləməsi və ixracın artması səbəbindən benzin və dizelin qiyməti qalxır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et