Rusiya xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri uzadıb | Banco.az

Rusiya xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələrinə qoyulan məhdudiyyətləri 6 ay müddətinə uzadıb.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı yazılı bəyanat verib.

Bəyanatda xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətlərin 31 mart 2024-cü ilə qədər uzadıldığı bildirilib.

Xatırladaq ki, sanksiyalara görə Rusiyada 2022-ci ilin mart ayından bəri xaricə pul köçürmələrinə müxtəlif məhdudiyyətlər tətbiq edilir. Bu məhdudiyyətlərə görə, Rusiya vətəndaşları və dost ölkələrdən olan qeyri-rezidentlər bir ay ərzində xaricə 1 milyon dollara qədər pul köçürə bilərlər.

Qeyd edək ki, Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev sentyabrın 20-də verdiyi açıqlamada məzənnədəki volatilliyi azaltmaq üçün valyuta nəzarəti üzrə bəzi tədbirlər görmək istədiklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et