Rusiya sabit məzənnə rejiminə keçə bilər | Banco.az

Rusiya sabit məzənnə rejiminə keçə bilər

Rublun məzənnəsinin stabilləşməsi məqsədi ilə Rusiya Bankı (Mərkəzi Bank) sabit məzənnə rejiminə keçə bilər. Bu açıqlama ilə Rusiya prezidentinin müşaviri, akademik Sergey Qlazyev çıxış edib. 

Akademikin sözlərinə görə, Mərkəzi Bankın əsas vəzifəsi milli valyutanın sabitliyini qoruyub saxlamaqdır: "Rublun dondurulması mümkün variantlardan biridir. Lakin, sabit məzənnəyə keçid üçün rəqabətqabiliyyətliliyi təmin edən səviyyə müəyyən edilməlidir".

Ən sərfəli kredit üçün müraciət et

S.Qlazyev həmçinin bildirib ki, Rusiyanın pul-kredit siyasəti maliyyə spekulyatorları üçün münbit şərait yaradır. Xatırladaq ki, Rusiya Bankının rəhbəri Elvira Nabiullina dəfələrlə hökumətin "üzən məzənnə" rejimi siyasətini dəstəklədiyini qeyd edib.

©Report

 

Ən sərfəli krediti almaq üçün müraciət et