Rusiya rublu üçün çətin günlər başlayır | Banco.az

Rusiya rublu üçün çətin günlər başlayır

ABŞ-ın "JPMorgan Chase & Co." bankının valyuta üzrə məşhur strategiya mütəxəssisi Nadya Kozakovanın verdiyi xəbərə görə, ilk baxışda rubl ilin əvvəlindən 20% möhkəmlənərək xoş təəssürat yaradır. Digər ölkələrin təqdim etdiyi faizlərlə müqayisədə Rusiya bazarı investor və spekulyantlar üçün cəlbedici olmağa davam edir. Oktyabrın 18-nə olan məlumata əsasən, ABŞ-da spekulyativ investorlar rublun zəifləməsinə qoyulan kontraktları 33 mlrd. rubl (524 mln. dollar) azaldıblar. Hazırda rublda xalis uzun mövqelər 31 900 kontrakt təşkil edir. Keçən həftə bu göstərici 17 700 olub.

Analitiklər rublda uzun mövqelərin bazar şəraitinin pisləşməsi halında rubl üçün çox kəskin dəyişəcəyini proqnozlaşdırırlar. Neft qiymətlərinin düşməsi və geosiyasi vəziyyətin pisləşməsi rublda uzun mövqelərin qısa müddətdə bağlanmasına və nəticədə, rublun devalvasiyasına gətirib çıxara bilər.

Ən sərfəli kredit üçün müraciət et

N.Kozakovanın sözlərinə görə, ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri rublun kəskin zəifləməsinə təkan verə bilər. Seçkilərdə Hillari Klinton prezident seçilərsə, ABŞ-ın Rusiya ilə münasibətlərinin daha da pisləşməsi gözlənilir. Bundan başqa, Rusiyanın şirkət və banklarının dekabrda 17 mlrd. dollar borc və faiz ödəməsi planlaşdırılır ki, bu da rublun məzənnəsinə mənfi təsir göstərəcək.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et