Rusiya Mərkəzi Bankı yuanla valyuta əməliyyatlarını bərpa edəcək | Banco.az

Rusiya Mərkəzi Bankı yuanla valyuta əməliyyatlarını bərpa edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankı yanvarın 13-dən daxili bazarda yuanla valyuta ticarətini bərpa edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı yazılı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, valyuta əməliyyatlarının yuanla aparılmasının rublun məzənnəsinə təsirini azaltmaq üçün valyuta alqı-satqısı əməliyyat günlərində bərabər miqdarda icra olunacaq.

Mövzu ilə bağlı açıqlamasında Rusiya Maliyyə Nazirliyi isə bildirib ki, valyuta əməliyyatlarının yenidən başlaması qərarı daxili iqtisadi şərtlərin sabitliyini və proqnozlaşdırıla bilənliyini artırmaq məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qərarın ardınca dollar/rubl məzənnəsi 1,48 faiz azalaraq 68,7-yə enib, avro/rubl məzənnəsi isə 1,2 faiz azalaraq 74 səviyyəsindən aşağı düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et