Rusiya ixracatçılarına tələb: Bütün valyuta hərraca çıxarılmalıdır | Banco.az

Rusiya ixracatçılarına tələb: Bütün valyuta hərraca çıxarılmalıdır

Müəllif: Mehin Qasımova/Banco.az

Rusiya prezidenti Vladimir Putin rublun ucuzlaşması ilə əlaqədar ölkəsində əsas ixracatçılara xarici valyuta satmaq öhdəliyini yenidən tətbiq edib.

Banco.az xəbər verir ki, Rusiya hökumətindən verilən açıqlamada Putinin bəzi Rusiya ixracat şirkətləri üçün fərman imzaladığı bildirilib. 

Müvafiq olaraq, Rusiyanın 43 ən böyük ixracatçı şirkəti öz valyuta gəlirlərini daxili bazarda satmağa borcludur, bəzi rəsmi qurumlar isə bu şirkətlərin valyuta satış prosesinə nəzarət edəcək.

Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Rusiyadakı şirkətlərə valyuta satmaq öhdəliyi ləğv edilib. Lakin bu il rublun dollar qarşısında dəyərini 25 faizdən çox itirməsindən sonra onun yenidən həyata keçirilməsi gündəmə gətirilib.

Rusiya prezidenti Vladimir Putin bu gün  verdiyi açıqlamada ixracatçı şirkətlərin valyuta gəlirlərini Rusiyaya məhdud şəkildə qaytardığına diqqət çəkib:

Ən sərfəli kredit üçün müraciət et

"Onlar burada işləməyin daha təhlükəsiz olduğunu başa düşməlidirlər. Əminəm ki, müraciət etdiyim insanlar məni başa düşürlər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et