Rusiya iqtisadiyyatı böhran astanasında | Banco.az

Rusiya iqtisadiyyatı böhran astanasında

Rusiyanın milli valyutası rublun məzənnəsi Moskva birjasında ucuzlaşıb. 

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, hazırda 60 rubl bir dollar dəyərindədir və eniş prosesi davam edir. Ölkənin Mərkəzi Bankı ilk dəfə 2015-ci ilin martında bu il üçün dolların rəsmi məzənnəsinin 60,22 rubl olacağını proqnozlaşdırıb.

Ekspertlər neqativ dinamikanın zəifləməsini gözləyirlər və yaxın gələcəkdə rubla dəstəkverici amilləri gözdən keçirilmədiyini söyləyirlər.
Rus rublu bu səhərdən başlayaraq yenə düşməyə başlayıb, bir dollar 60,25, bir avro isə 66,75 rubl təşkil edib. Axşama doğru kursun zəifləməsi güclənəcək. 

Təbii ki, bu rəqəmlər Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin proqnozlarına zidd gəlir. Belə ki, o, bir neçə gün əvvəl Brestdə Belarus həmkarları ilə görüşdə ilin sonuna kimi bir dolların 55-60 rubl arasında olacağını deyib. Lakin gedişat onu gözstərir ki, ilin sonunadək bir dollar 75 rubla çata bilər. 

Rublun növbəti mərhələdə birdən-birə enməsi üç amillə bağlıdır:

1. Dünya bazarında neftin qiymətinin düşməsi 
2. Çin maliyyə bazarının zəifləməsi 
3. Rusiyada vergi dövrünün tamamlanması

Rusiyanın Əmanət Bankının Makroiqtisadi Tədqiqatlar Mərkəzi daha əvvəl rublun 2015-ci ilin ikinci yarısında düşməsini proqnozlaşdırmışdı. Bankın analitikləri Rusiya iqtisadiyyatına potensial təsir edə bilən dörd amili ön plana çəkiblər: yunan böhranı, Çinin maliyyə böhranı, İran neftinin dünya bazarına çıxışı və ABŞ-ın Federal Rezerv Sisteminin əsas payının artımı. Çin nəzəri cəhətdən iqtisadi yıxılmağa davam edərsə və neft 45 dollara qədər düşərsə, onda bir dollar 75 rubl olacaq. Hazırda Rusiya rublu mənfi dinamika ilə valyutaların reytinqində yeddinci yeri tutur.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya Mərkəzi Bankı bu ilin aprelin sonundan etibarən faiz dərəcəsini azaldıb. Xam neftin qiymətinin qalxması, Ukraynanın şərqində böhranın nisbətən səngiməsi rus rublununyüksəlməsinə səbəb olub. Dünya bazarında neftin qiymətinin düşməsi və Moskvaya Ukrayna böhranı səbəbindən Qərbin qoyduğu sanksiyalar 1998-ci ildən bəri rublun ən aşağı həddə düşməsinə gətirmişdi. Ötən il dekabrın ortasında bir dollar 80 rubla bərabər idi.

Ən sərfəli krediti almaq üçün müraciət et