Rusiya dizel yanacağının ixracını minimuma endirməyi planlaşdırır | Banco.az

Rusiya dizel yanacağının ixracını minimuma endirməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya gələn ay əsas qərb limanlarından dizel ixracını demək olar ki, sıfıra endirməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə tanınmış neft bazarı analitiki Kristofor Barraud özünün “X” sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu qərar ölkənin daxili yanacaq bazarını tənzimləmək və xarici bazarlardan asılılığını azaltmaq səylərinin bir hissəsidir.

Sözügedən addımın son zamanlar volatilliyi yüksək olan neft qiymətlərinə əlavə dəstək olacağı gözlənilir.

Belə ki, dizel ixracına qoyulan qadağa neftin qlobal qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Çünki Rusiya ən böyük dizel yanacağı istehsalçılarından biridir və onun ixracında hər hansı azalma beynəlxalq bazarda tələb və təklif dinamikasını sərtləşdirəcək. Bu sərtləşdirmə isə potensial olaraq neftin qiymətinin artmasına gətirib çıxarmaqla neft hasil edən ölkələrə və şirkətlərə fayda verə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et