Rusiya Davosda keçiriləcək iqtisadi forumda iştirak etməyəcək | Banco.az

Rusiya Davosda keçiriləcək iqtisadi forumda iştirak etməyəcək

Müəllif:Mehin Qasımova/Banco.az

Rusiya 2024-cü il yanvarın 15-dən 19-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) illik toplantısında iştirak etməyəcək.

Banco.az xəbər verir ki, bu barədə  Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin məlumat verib.

Onun sözlərinə görə, tədbirin təşkilatçıları ötən il olduğu kimi Rusiyaya dəvət göndərməyib.

Səfir hesab edir ki, belə bir qərardan yalnız forumun özü zərər çəkəcək:

 “Biz problemlərimizi başqa formatlarda və digər platformalarda həll etməyə davam edəcəyik”.

Qeyd edək ki, WEF İsveçrənin qeyri-hökumət təşkilatıdır və hər il aparıcı biznes liderlərinin, siyasi liderlərin və müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə görüşlər keçirir. WEF üzvləri minə yaxın iri şirkət və təşkilatdır. WEF Rusiya şirkətlərini strateji tərəfdaşlar siyahısından çıxarıb və sanksiyalara məruz qalan şəxslərlə münasibətləri dondurub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et