Rus neftini daşıyan Drujba xəttində fəaliyyət bərpa olunub | Banco.az

Rus neftini daşıyan Drujba xəttində fəaliyyət bərpa olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya neftinin daşınması üçün istifadə edilən Drujba xəttinin işi bərpa olunub.

Banco.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto Drujba xətti ilə neft daşınmasının bərpa olunduğunu açıqlayıb.

Məlum olduğu kimi, çərşənbə axşamı Rusiya neftinin Ukrayna vasitəsilə Mərkəzi və Şərqi Avropaya nəqli üçün istifadə edilən Drujba xəttində işin texniki səbəblərdən müvəqqəti olaraq dayandırıldığı bildirilmişdi. 

Təmir işlərindən sonra prosesin yenidən başladığı, lakin bir müddət normadan daha yavaş olacağı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et