"Roma" vs "Qarabağ" oyununa bilet 30 avro | Banco.az

"Roma" vs "Qarabağ" oyununa bilet 30 avro

İtaliyanın “Roma” klubu Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunları üçün biletləri rəsmi saytı vasitəsi ilə satışa çıxarıb.

“Report” xəbər verir ki, azarkeşlər onlayn şəkildə bəzi sektorlar üçün nəzərdə tutulan biletləri əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

“Roma”nın senyabrın 12-də İspaniya təmsilçisi “Atletiko” və İngiltərə çempionu “Çelsi”yə qarşı keçirəcəyi matçlara biletlərin qiyməti 40 – 115 avro aralığında dəyişir.

Dekabrın 5-də “Qarabağ”la görüş üçün biletlərin qiyməti isə nisbətən ucuzdur: 30 – 95 avro.

Qeyd edək ki, “Roma” ev oyunlarını 70,634 nəfərlik Olimpiya stadionunda keçirir.

Ən sərfəli krediti almaq üçün müraciət et