Real hekayələr: Bank of baku-da EKSPERTLƏRİN lətifələr kolleksiyası | Banco.az

Real hekayələr: Bank of baku-da EKSPERTLƏRİN lətifələr kolleksiyası

Bu yaxın vaxtlarda bir gənc kişi müştəri mənə yaxınlaşdı (sözündən və ciddiliyindən anlaşılırdı ki, heç də zarafat etmir) və aramızda aşağıdakı dialoq yaşandı.

Müştəri : Xanım salam.
Mən : Salam.
Müştəri : Mənim ayağımda kredit var, olar birini də götürüm?

Əlbəttə ki, müştərinin sualına lazımi formada cavab verib yola saldım, ancaq inanın ki, belə hallarda təbəssümü gizlətmək bir xeyli cətin olur. Müştərilərin əksər hissəsinin ən çox işlətdiyi sözlər isə  "mən bankı bağlamaq istəyirəm", "mənim bankım var, mən neyləyim?", "maşını banka salmaq istəyirəm" və sairə bu tipli ifadələr olur.

Bir dəfə kredit eksperti vaxtlarımda, həmişə olduğu kimi, işdən sonra portfeli təqib edirdim.

Bir müştərinin ev telefonuna zəng vurdum. Müştəri isə bir neçə gün möhlət qazanmaq üçün dedi ki, “ Qardaş, mən Mingəçevirdəyəm eee. 3-4 günə qayıdacam, ödəyərəm”. Dedim “ay müəllim, niyə özünü ifşa edirsən, mən mobil telefona zəng vurmamışam axı, sizin evə zəng vurmuşam”. Bundan bir qədər pərt olan müştəri  dedi ki, "vallah bu dəqiqə imkanım yoxdur, 3-4 günə maaş alıb gələcəm”.

Müştəri filiala zəng edir və mikrokrediti olduğu üçün öz kredit eksperti ilə əlaqə saxlamaq istəyir.

Ən sərfəli kredit üçün müraciət et

Bir neçə dəfə zəng edir, lakin ekspert yerində olmadığı ücün xanıma daha sonra zəng edib 102 daxili nömrəsini yiğmaqla əlaqə saxlaya biləcəyini dedim. Xanım 1 saatdan sonra filiala zəng edərək mənə hirsli şəkildə "siz mənə səhv nömrə vermisiniz" dedi. Niyəsini soruşduqda isə xanım “102 –ni yıgdım, mənə isə polisə düşmüsünüz" dedilər...

2007-ci ilin yayı. "Mərkəz" filialında kredit eksperti idim. İş günü yeni başlamışdı.

Ekspertlər yerlərində işə start vəziyyətdədirlər. Müştəri azdır. Əlində Q-matikin növbə çeki ilə bir cavan qız zala daxil olur və skamyada əyləşir. Təbii ki, NEXT etməklə müştəri masaya dəvət edilir. Lakin müştəri növbə əks olunann tabloya baxır, amma xidmət almaq üçün heç bir masaya yaxınlaşmır. Təkrar bir neçə dəfə NEXT olunur, amma nəticəsiz. Xanımı səslədik, yaxınlaşdı və sual veririk: “Xanım, nömrəniz çıxıbsa niyə yaxınlaşmırsınız, nömrəniz neçədir ki?... Qız baxdı, baxdı, həyəcanlandı, bir az da qızardı,qayıdıb cavabında nə desə yaxşıdı? -“867 89 23, 50 ilə”. Beş saniyəlik sükunətdən sonra özümüzü saxlaya bilmədik, istər-istəməz gülümsədik.

Həmçinin  oxu: Bank of baku məlumat mərkəzinin lətifələr kolleksiyası - Real hekayələr

Ən sərfəli krediti almaq üçün müraciət et