“Rabitəbank”ın səhmdarları növbədənkənar toplaşacaq | Banco.az

“Rabitəbank”ın səhmdarları növbədənkənar toplaşacaq

“Rabitəbank” ASC-nin Müşahidə Şurasının dekabrın 6-da qəbul etdiyi qərara əsasən, yanvarın 17-də, saat 17:00-da Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq “Rabitə Bank”ın Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 33 ünvanında yerləşən inzibati binasında olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Yığıncağın gündəliyinə Bankın gələn il üçün tərtib edilmiş büdcə proqnozlarının təsdiq olunması və cari məsələlər daxildir. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et