Rabitəbank yeni vakansiya elan edir!! | Banco.az

Rabitəbank yeni vakansiya elan edir!!

“Rabitabank” ASC Hüquq Departamentinin Korporativ Hüquq Şöbəsində Hüquqşünas vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

  • Bank fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;
  • Bankdaxili standart müqavilələrin və şablonların, habelə daxili qayda, təlimat, prosedurların hazırlanmasında iştirak etmək;
  • Bankın bağladığı xidmət, alqı-satqı, reklam və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;  Dövlət və məhkəmə orqanlarından daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
  • Bankın struktur bölmələrinə, filial və şöbələrinə hüquqi yardım göstərmək və daxil olan sorğuları cavablandırmaq.

Namizədə olan tələblər:

  • Ali hüquq təhsili,
  • Korporativ hüquq sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
  • Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis dili biliyi üstünlük təşkil edir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” göstərməyiniz xahiş olunur

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et