Qlobal xam polad istehsalı ötən ay azalıb | Banco.az

Qlobal xam polad istehsalı ötən ay azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal xam polad istehsalı may ayında 5,1 faiz azalıb.

Banco.az xəbər verir ki, baş ofisi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) may ayı üzrə xam polad istehsalı məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, qlobal xam polad istehsalı ötən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azalaraq 161,6 milyon tona düşüb.

Dünyanın ən böyük polad istehsalçısı olan Çində sözügedən dövrdə istehsal həcmi 7,3 faiz azalaraq 90,1 milyon tona geriləyib. Yaponiyanın istehsalı 5,2 faiz azalaraq 7,6 milyon tona, ABŞ-ın istehsalı isə 2,3 faiz azalaraq 6,9 milyon tona düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada isə xam polad istehsalı 0,2 faiz artaraq 3,1 milyon tona çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et