"Qlobal ticarət bərpa olunsa da, proqnozlar zəifdir" | Banco.az

"Qlobal ticarət bərpa olunsa da, proqnozlar zəifdir"

Müəllif: Tamara Mustafayeva, Banco.az

UNCTAD: Qlobal ticarət bərpa olunsa da, perspektivlər zəifdir.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) 2023-cü ilin birinci rübündə qlobal mal və xidmət ticarətinin artımının bərpa olunduğunu, lakin ilin ikinci yarısı üçün proqnozların ürəkaçan olmadığını bəyan edib.

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) iyun ayı üzrə qlobal ticarətə dair yenilənmiş hesabatını dərc edib.

Hesabatda 2023-cü ilin birinci rübündə ticarət artımının həm mal, həm də xidmətlər üzrə müsbət olduğu qeyd edilib. Bildirilib ki, dünya mal və xidmət ticarəti ardıcıl iki rüb azaldıqdan sonra həcm və dəyər baxımından bərpa olunub.

Hesabatda bildirilib ki, ilin ilk üç ayında mal ticarəti 2022-ci ilin son rübü ilə müqayisədə təxminən 1,9 faiz artaraq 100 milyard dollar, qlobal xidmət ticarəti isə əvvəlki rüblə müqayisədə 2,8 faiz artaraq 50 milyard dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda həmçinin bu ilin ikinci rübü üzrə qlobal ticarət artımında ləngimə proqnozlaşdırıldığı, 2023-cü ilin ikinci yarısında isə qlobal ticarətlə bağlı proqnozun bədbin olduğu vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et