Qlobal rəqəmsal sığorta bazarı 4 ildə 186 milyard dolları keçəcək | Banco.az

Qlobal rəqəmsal sığorta bazarı 4 ildə 186 milyard dolları keçəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal rəqəmsal sığorta bazarı 2027-ci ilə qədər 186,4 milyard dollara çatacaq.

Banco.az xəbər verir ki, qlobal rəqəmsal sığorta bazarında sürətli artım müşahidə olunur.

"Global Industry Analysts"in qlobal rəqəmsal sığorta bazarı hesabatına görə, "Kovid-19"dan sonra dəyişən iş mühitində 2020-ci ildə 102,2 milyard dollar olaraq qiymətləndirilən qlobal rəqəmsal sığorta bazarının 2027-ci ilə qədər 186,4 milyard dollara çatacağı təxmin edilir.

Hazırda təkcə ABŞ-da qlobal rəqəmsal sığorta bazarının 32,4 milyard dollar olduğu iddia edilir. 

Dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Çində isə 2027-ci ilə qədər sözügedən bazarın həcminin 23,6 milyard dollara çatacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et