Qlobal gündəlik neft tələbi bu tarixdə 102 milyon bareli keçə bilər | Banco.az

Qlobal gündəlik neft tələbi bu tarixdə 102 milyon bareli keçə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Qlobal gündəlik neft tələbi 2024-cü ildə 102 milyon bareli keçə bilər.”

Banco.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinə məxsus Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft tələbinin artmağa davam edəcəyini proqnozlaşdırıb.

EIA 2022-ci ildə 99,43 milyon barel/gün olan istehlakın 2023-cü ildə 100,48 milyon barel/günə yüksələcəyini təxmin edib. Administrasiya 2024-cü ildə neftə tələbatın 2023-cü illə müqayisədə 1,72 milyon barel/gün artaraq 102,20 milyon barel/günə çatacağını proqnozlaşdırıb.

EIA həmçinin sutkalıq qlobal neft tədarükünün 2022-ci ildəki 100 milyon bareldən 2024-cü ildə 102,83 milyon barelə çatacağını qeyd edib ki, 2023-cü il üçün bu göstərici 101,10 milyon barel/gün idi. 

Ən sərfəli kredit üçün müraciət et

Brent markalı neftin orta qiymətinin isə 2022-ci ilə nəzərən 18 faiz azalaraq 2023-cü ildə 83,10 dollar/barel olacağını proqnozlaşdıran EIA 2024-cü ildə bu məbləğin 78 dollar/barelə enəcəyini gözlədiklərini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et