Qlobal ərzaq qiymətləri ötən ay da ucuzlaşıb | Banco.az

Qlobal ərzaq qiymətləri ötən ay da ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyun ayında qlobal ərzaq qiymətləri ucuzlaşıb.

Banco.az xəbər verir ki, Qlobal ərzaq qiymətlərindəki eniş tendensiyası davam edir.

FAO-nun Qlobal Ərzaq Qiymətləri İndeksi iyunda aylıq 1,4 faiz, illik müqayisədə 23,4 faiz azalıb.

Beləliklə, qlobal ərzaq qiymətləri ötən 26 ayın ən aşağı səviyyəsinə çatıb.

İyun ayında indeksin aylıq azalması şəkər, bitki yağları, dənli bitkilər və süd məhsullarının ucuzlaşmasında əks olunub, ətin qiymət indeksi isə demək olar ki, dəyişməyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Taxıl Qiymət İndeksi iyun ayında aylıq 2,1 faiz, illik isə 23,9 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et