Qlobal ərzaq qiymətləri iki ilin ən aşağı səviyyəsindədir | Banco.az

Qlobal ərzaq qiymətləri iki ilin ən aşağı səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətləri iki ilin ən aşağı səviyyəsində dəyişməz qalmaqdadır.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal ərzaq qiymətlərinin ötən iki ilin minimumuna endikdən sonra sentyabr ayında dəyişməz qaldığını açıqlayıb.

Belə ki, ərzaq qiymətləri indeksi sentyabr ayında əvvəlki ayla müqayisədə 0,1 bənd azalaraq 121,5 punkt olub.

2022-ci ilin martında qeydə alınan rekorddan sonra qeydə alınan geriləmə nəhayət, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra geniş yayılmış ərzaq inflyasiyasını yumşaltmağa kömək edəcək.

Qeyd edilib ki, bitki yağlarının ucuzlaşması builki geriləmədə mühüm rol oynayıb. Qara dəniz regionunda günəbaxan və Cənub-Şərqi Asiyada xurma biçini sentyabrda qiymətləri təxminən 4 faiz aşağı salıb.

Ən sərfəli kredit üçün müraciət et

Taxılın qiyməti isə bu il Rusiyanın ardıcıl ikinci buğda yığımının qlobal tədarükü dəstəkləməsi səbəbindən cüzi bahalaşsa da, ümumilikdə aşağı qalmaqda davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et