Qlobal enerji tələbi II Dünya Müharibəsindən bəri ən aşağı səviyyəyə çatdı | Banco.az

Qlobal enerji tələbi II Dünya Müharibəsindən bəri ən aşağı səviyyəyə çatdı

Tamara Mustafayeva, Banco.az

Enerji nəhəngi "BP"nin 2021 Dünya Enerji Statistikası Hesabatına görə, Covid-19 pandemiyasının təsirində keçən 2020-ci ildə qlobal enerji tələbi II Dünya Müharibəsindən bəri müşahidə olunan ən böyük geriləməsini yaşayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Britaniyanın transmilli neft və qaz şirkəti "BP"nin müvafiq hesabatına əsasən ötən il qlobal enerji tələbi 4,5%, enerji əsaslı qlobal karbon emissiyası isə 6,3% azalıb. Proqnozlar isə qlobal enerji tələbinin 2,5% geriləyəcəyini işarə edirdi.

"BP"nin məlumatına görə, 2020-ci ilə damğa vuran koronavirus pandemiyası qlobal enerjinin ən böyük böhranlarından sayılan 1956 Süveyş Kanalı böhranı, 1973-cü il neft embarqosu, 1979 İran İnqilabı və 2011 Fukuşima Nüvə Qəzası kimi hadisələri kölgədə qoyub.

Qeyd edək ki, qlobal enerji tələbi və karbon emissiyası üzrə geriləməyə pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər səbəbindən iqtisadi və sosial həyatın, həmçinin daşınma xidmətlərinin dayanma səviyyəsinə çatması əsaslı təsir göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et