Qlobal elektrik enerjisi saxlama qabiliyyəti bu tarixədək 400 gigavatsaatı keçəcək | Banco.az

Qlobal elektrik enerjisi saxlama qabiliyyəti bu tarixədək 400 gigavatsaatı keçəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal elektrik enerjisi saxlama qabiliyyəti 2030-cu ilə qədər 400 gigavatsaatı keçəcək.

Banco.az xəbər verir ki, ötən ilin sonunda qlobal elektrik enerjisi saxlama qabiliyyətinin 43 gigavatsaata çatmasından sonra texnoloji inkişaflar və artan tələbatla 2030-cu ildə ümumi saxlama qabiliyyətinin 400 gigavatsaatı keçəcəyi proqnozlaşdırılır.

Bildirilir ki, elektrik enerjisinin saxlanması üçün tətbiqlərin inkişafı yenicə başlayıb və növbəti beş ildə real sürətlənmə gözlənilir.

Norveçdə yerləşən müstəqil araşdırma təşkilatı “Rystad Energy” tərəfindən akkumulyatorun saxlanması hesabatına görə, qlobal təmiz enerji tutumunun artması ilə əsas yükü daşıya bilən sistemlərə ehtiyac yaranacaq.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda həmçinin qlobal enerji transformasiyasında iki aparıcı mənbə olan külək və günəş enerjisinə investisiyaların artması ilə anbar fəaliyyətlərinin kritik rol oynayacağı da vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et