Qlobal elektrik enerjisi istehsalında külək və günəşin payı rekord qırıb | Banco.az

Qlobal elektrik enerjisi istehsalında külək və günəşin payı rekord qırıb

Müəllif: Mehin Qasımova/Banco.az 

Qlobal elektrik enerjisi istehsalında külək və günəşin payı bu ilin birinci yarısında 14,3 faizə çatıb və rekord qırıb. 

Elektrik enerjisi istehsalında kömürün 36 faiz paya malik olduğu bu dövrdə su elektrik enerjisi istehsalı quraqlıq səbəbindən tarixi 8,5 faiz azalma yaşanıb.

Banco.az xəbər verir ki, Londonda yerləşən “Ember” enerji analitik mərkəzinin 2023-cü ilin yanvar-iyun ayları üçün qlobal elektrik tələbatının 92 faizini təşkil edən 78 ölkənin elektrik enerjisi məlumatlarını ötən ilin eyni dövrü ilə müqayisə edən təhlili dərc edilib.

Müvafiq olaraq, ilin birinci yarısında qlobal elektrik tələbatı keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 0,4 faiz  artıb. 

Bəzi əsas iqtisadiyyatlarda, xüsusən də Avropa İttifaqında (Aİ) tələbatın azalması qlobal elektrik enerjisinə tələbatın artımına səbəb olub.

Elektrik enerjisi istehsalında külək və günəş enerjisinin payı ötən ilin birinci yarısında 12,8 faiz olduğu halda, bu ilin birinci yarısında 14,3 faizə çataraq rekord qırıb.

Qlobal elektrik istehsalında küləyin payı 8,75 faiz olduğu halda, günəş enerjisinin payı 5,52 faizə yüksəlib. Son illər külək və günəş qlobal elektrik istehsalında paylarını əhəmiyyətli dərəcədə artıran iki elektrik mənbəyinə çevrilib.Günəş enerjisindən elektrik enerjisi istehsalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci yarısında 16 faiz, küləkdən istehsal isə 10 faiz artıb.

Elektrik enerjisi istehsalında külək və günəş enerjisinin payının artması sektorla əlaqədar emissiyaların artımının 0,2 faiz səviyyəsində sabit qalmasını təmin edib. Günəş və küləkdən istehsal olunan elektrik enerjisi 142 milyon ton karbon emissiyasının qarşısını alıb.

Elektrik istehsalında küləyin ən çox payı olan ölkə 55,6 faiz  ilə Danimarka olub. Danimarka bu ilin birinci yarısında elektrik enerjisinin 10,3 faizini günəş enerjisindən əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Böyük Britaniyanın elektrik enerjisinin 31,6 faizini, Almaniyanın 27 faizini, İspaniyanın 25,7 faizini, Hollandiyanın 21,5 faizini, Braziliyanın 12,2 faizini və ABŞ-ın 11,3 faizini küləklər təmin edib.

Sözügedən dövrdə Çinin elektrik istehsalında küləyin payı  11 faiz  olarkən, ən böyük inkişaf edən iqtisadiyyatlardan biri olan Hindistan elektrik enerjisi istehsalının 4,3 faizi küləkdən təmin edib.

Günəşin elektrik enerjisi istehsalında ən yüksək paya sahib olduğu ölkə  24,6 faiz ilə Lüksemburq olub.

Hollandiya və Yunanıstan elektrik istehsalının 18,3 faizini günəş enerjisindən qarşılayarkən, bu nisbət İspaniyada yüzdə 16,3, İtaliyada yüzdə 12,6 və Almaniyada  12,3  faiz olaraq hesablanıb.

İlin birinci yarısında Yaponiya elektrik enerjisinin 11,4 faizini günəş, Danimarka 10,4 faizi, Hindistan 7,1 faizi, Çin 5,9 faizi və ABŞ 5,8 faizini istehsal edib.

Türkiyənin elektrik istehsalında bu ilin ilk yarısında küləyin payı  10,4 faiz  günəşin payı isə  5,65 faizə yüksəlib.

Təmiz enerjiyə keçiddə iddialı hədəfləri olan Aİ ölkələrində elektrik enerjisi istehsalında külək və günəşin orta payı müvafiq olaraq 18,1 faiz və 9 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram


 

Ən sərfəli krediti almaq üçün müraciət et