Qlobal çip satışı 2020-ci ildən bəri ilk dəfə azalıb | Banco.az

Qlobal çip satışı 2020-ci ildən bəri ilk dəfə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal çip satışı iki ildən sonra ilk dəfə azalıb.

Banco.az xəbər verir ki, tələbin azalması ilə qlobal çip satışı 2020-ci ilin əvvəlindən bəri ilk dəfə azalıb. 

Vaşinqtonda yerləşən Yarımkeçiricilər Sənayesi Assosiasiyasının məlumatına görə, dünya miqyasında çip satışı sentyabr ayında əvvəlki ilə nəzərən 3 faiz azalıb.

Bu azalma iqtisadiyyatının əsasını çip istehsalı təşkil edən Cənubi Koreya üçün böyük risk yaradır. Ölkənin Statistika İdarəsinin açıqladığı məlumata görə, ötən ay yerli çip istehsalçıları bir il əvvələ nəzərən 3,5 faiz az istehsal həyata keçiriblər.

Çində Kovid-19 məhdudiyyətlərinin davam etməsi, Rusiya-Ukrayna müharibəsi və Vaşinqtonla Pekin arasındakı ticarət gərginliyi “Samsung” kimi Koreyalı çip istehsalçılarının işinə mane olmaqdadır. Belə ki, texnologiya nəhəngi “Samsung” ilin üçüncü rübündə gözlənilən mənfəəti əldə edə bilməyib. Şirkət 2023-cü ilin ikinci yarısınadək tələbin yaxşılaşmasını gözləmir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et