Qlobal borclar 272 trilyon dolları aşaraq rekord qırdı | Banco.az

Qlobal borclar 272 trilyon dolları aşaraq rekord qırdı

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) nəşr etdiyi "Qlobal Borc Monitoru" hesabatına görə, 2020-ci ilin 9 ayı ərzində qlobal borc məbləği 15 trilyon dollar artaraq 272 trilyon dolları keçib.

Cəmi borc dünyadakı cəmi ümumi daxili məhsulun (ÜDM) 364%-nə çatıb.

IIF-in hesabatında, qlobal borcun, Kovid-19 epidemiyasında dövlət və şirkət borclarında kəskin bir artımla il sonunda 277 trilyon dollar təşkil edəcəyi və dünya ÜDM-nin 365%-inə çatmasının gözlənildiyi qeyd edilib.

ABŞ-ın borcundakı artıma yer verilən hesabatda, 2019-cu ilin sonunda 71 trilyon dollar olan ölkənin cəmi borcunun bu il 80 trilyon dollara çatdığı bildirilib.

IIF-in borc hesabatında, Avro Bölgəsinin cəmi borcunun da 1,5 trilyon dollar artaraq 53 trilyon dollara yüksəldiyi ifadə edilib. 

Hesabatda, Çinin borc səviyyəsindəki artıma yer verilərək, 2011-də ölkənin cəmi borcunun ÜDM-in  200%-nə bərabər gəldiyi və bunun ilin üçüncü rübündə isə ÜDM-inin 335%-nə yüksəldiyi qeyd edilib.

İnstitutun hesabatına görə, cəmi ÜDM-ə nisbətlər, ilin üçüncü rübündə əhaliyə aid borclar 49,2%-ə (2019-da 47,1%), qeyri-maliyyə şirkətlərinə aid borclar 79,6%-ə (2019-da 73,7%) yüksəlib. Eyni dövrdə, dövlətlərə aid borclar 77,6% (2019-da 69,1%) və bank kimi maliyyə şirkətlərə aid borclar da 65,6% (2019-da 62,8%) səviyyəsində reallaşıb.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et