Qlobal bazarda şəkərin qiyməti 12 ilin pik həddinə çatıb | Banco.az

Qlobal bazarda şəkərin qiyməti 12 ilin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Təchizatçı ölkələrdən kifayət qədər tədarükün olmaması və fond satınalmaları səbəbindən şəkər qiymətləri 4,3 faiz artaraq 12 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, qlobal ərzaq inflyasiyası üzərində təzyiqi saxlayan sıx qlobal tədarüklə bağlı artan narahatlıqlar fonunda şəkər qiymətləri London birjasında ötən on ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb.

Belə ki, şərşənbə axşamı ağ şəkər fyuçersləri 4,3 faiz bahalaşaraq 2011-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə qalxıb.

Qeyd edək ki, alkoqolsuz içkilərdən şokolada qədər hər şeydə istifadə edilən dadlandırıcıların qiyməti əsas təchizatçı Hindistandan edilən ixracın məhdudlaşdırılması və Pakistan və Tayland da daxil olmaqla digər ölkələrdən təchizatın zəifləməsi ilə bağlı gözləntilər fonunda bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et