Qızıl ucuzlaşaraq 2,5 ilin minimumuna geriləyib | Banco.az

Qızıl ucuzlaşaraq 2,5 ilin minimumuna geriləyib

Tamara Mustafayeva, Banco.az

Qlobal mərkəzi bankların sərtləşdirmə addımları ilə qızıl əriməyə davam edir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qiymətli metal yeni həftənin ilk ticarət günündə ötən 2,5 ilin ən aşağı səviyyəsinə geriləyib.

Belə ki, spot bazarda qızılın bir unsiyası 1,627 dollardan aşağı düşüb.

Qeyd edək ki, yaxın günlərdə ABŞ-ın inflyasiya məlumatlarının açıqlanması və FED-in sədr müavini Lael Brainard və Nyu-York Fed-in prezidenti Con Uilyamsın da daxil olduğu bir sıra rəsmilərin çıxışları ilə bazarlarda yeni dalğalanmaların reallaşacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et