Qiymətlərindəki çöküşün ardından ABŞ 75 milyon barel xam neft alacaq | Banco.az

Qiymətlərindəki çöküşün ardından ABŞ 75 milyon barel xam neft alacaq

ABŞ Prezidenti Donald Tramp, ölkədə xam neft qiymətlərinin sıfır dollardan aşağı düşməsinin "qısamüddətli" olduğunu bildirib və 75 milyon barel xam neft alacaqlarını açıqlayıb.

Yeni növ koronavirus (Kovid-19) epidemiyasının təsiri ilə ölkədə xam neft qiymətləri sıfır dollardan aşağı düşüb. 

Tramp, "Bu çöküşün səbəbi, kimsənin bu anda avtomobil istifadə etməməsidir. Zavodlar, iş yerləri bağlıdır",- deyib.

Tramp, "ABŞ olaraq, Strateji Neft Ehtiyatımız üçün 75 milyon barel neft alacağıq. Hazırda 75 milyon barel tutumumuz var. İndi neft almağın tam zamanıdır",- əlavə edib.

Neft qiymətlərindəki enişin "qısamüddətli" olduğunu qeyd edən Tramp, "Bazarlarda bir tıxanma var, bu səbəbdən də qiymətlər düşdü. 1 aya kimi bir zamanda xam neft qiymətləri 25-28 dollar aralığını görər, deyə düşünürəm" bildirib. 

Nyu Yorkda, WTI May fyuçersi mənfi 40.32 dollara qədər düşdükdən sonra mənfi 37.63 dollardan bağlanıb. Kontrakt beləliklə, 2-ci Dünya müharibəsindən bəri tarixin ən aşağı səviyyəsinə düşüb. Brent nefti 8.9% düşərək bareli 25.57 dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et