Qiyməti rekord qırdı - Rusiya istehsalçıları sevinir | Banco.az

Qiyməti rekord qırdı - Rusiya istehsalçıları sevinir

Palladyum qiymətləri 1500 dolları aşaraq rekord qırıb, qızıl qiymətləri 10 ayın ən yüksək səviyyəsinə qalxıb

Benzin ilə işləyən avtomobillərdə emissiya nəzarətini təmin edən hissənin (katalizator) istehsalında istifadə edilən palladyum qıtlaşıb. Bununla əlaqədar olaraq palladyumun unsiyasının qiyməti 1500 dolları aşaraq rekord səviyyəyə çatıb. Qiymətlərdəki bu yüksəliş, Rusiya və Cənubi Afrikadakı böyük istehsalçıları sevindirir.

Palladyumun qiyməti 1.7 faiz yüksələrək unsiyası 1505.46 dollara qədər qalxıb. Qiymətlər ardıcıl yeddinci aydır qalxır.

Qızılın unsiyasının qiyməti isə 0.4 faiz yüksələrək 1346.80 dolları görüb. Bu, son 10 ayın ən yüksək səviyyəsidir. 

Ən sərfəli kredit üçün müraciət et

"Citigroup Inc", palladyum qiymətlərinin bu ay daha da yüksələcəyini qeyd edərək, bazarın yalnız bir "şok" ilə tarazlığa qovuşa biləcəyini və 1600 dollar səviyyəsinə qalxa biləcəyi barədə xəbərdarlıq edib. 

Avtomobillərin ekoloji təmizliyini təmin edən katalizatorların mühüm istehsalçılarından biri olan "Conson Matthey Plc", qlobal qıtlığın bu il "dramatik bir şəkildə" artdığını qeyd edib. Avtomobil bazarının dizel vasitələrdən uzaqlaşması benzin avtomobillərə tələbin artmasına səbəb olub.Benzin avtomobillərinin istehsalının artması palladyuma da tələbi artırıb.

Növbəti bir neçə ildə palladyum istehsalının artacağı gözlənilmir. Bazardakı qıtlıq davam edəcək və qiymətlər yüksəlməkdə davam edəcəkdir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et