Qeyts Fondu süni intellekt əsaslı şirkətə bu səbəbdən 1.5 milyon dollar qrant verdi | Banco.az

Qeyts Fondu süni intellekt əsaslı şirkətə bu səbəbdən 1.5 milyon dollar qrant verdi

Tamara Mustafayeva, Banco.az

Dərman vasitələrinin hazırlanmasında süni intellekt texnologiyasından istifadə edən "Exscientia" şirkəti Covid-19 əleyhinə müalicə üsulları hazırlamaq üçün Bill və Melinda Qeyts Fondundan 1.5 milyon dollar qrant alıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Qeyts Fondundan qrant alan Oksford mərkəzli şirkət 12 ay ərzində dərman vasitələri hazırlamağı, daha sonra isə kliniki könüllüləri bu işə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, şirkət süni intellekt texnologiyasının köməyi ilə "Sars-CoV-2"nin protiz fermentini hədəf alan, bununla da koronavirusun yayılmasının qarşısını alacaq yeni inhibitor üzərində çalışır. Hazırlanan inhibitor molekulları dərman preparatına əlavə edilərək xəstəliyə qarşı istifadə olunacaq. Sözügedən müalicə üsulunun bütün növ mutasiyalar və digər Sars viruslarına qarşı effektiv olduğu söylənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu layihədə 15 bioloq, kimyaçı və süni intellekt mütəxəssisi birgə işləyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et