Qeyri-neft sənayesinə 1,5 milyard manata yaxın investisiya qoyulub | Banco.az

Qeyri-neft sənayesinə 1,5 milyard manata yaxın investisiya qoyulub

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qeyri-neft sənayesinə 1.493,1 mln. manat investisiya qoyulub. Qeyri-neft sənayesinə investisiyaların həcmində isə illik müqayisədə 3,1 faiz azalma qeydə alınıb. Rəsmi statistikaya əsasən, Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq cari il yanvar-noyabr ayları ərzində 7.986,4 mln. manat təşkil edib.

Hesabat dövründə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 62,5 faizini qeyri-neft sektoru, o cümlədən 11,7 faizini qeyri-neft sənayesi əhatə edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2018-ci ilin ilk on bir ayı ərzində qeyri-neft sektoruna investisiyaların həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz, qeyri-neft sənayesinə investisiyaların həcmində isə 22,6 faiz artım qeydə alınmışdı.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et