Qeyri-neft məhsullarını ixrac etdiyimiz 5 əsas ölkə | Banco.az

Qeyri-neft məhsullarını ixrac etdiyimiz 5 əsas ölkə

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artaraq 2,2 milyard ABŞ dolları təşkil edib. Təkcə avqust ayının qeyri-neft ixracı 203,6 milyon ABŞ dollarına bərabər olub. 

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayına istinadla xəbər verir ki, ilk 8 ayda ən çox qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələr bunlar olub:

1. Rusiya Federasiyası (721,5 milyon ABŞ dolları)

2. Türkiyə (586,6 milyon ABŞ dolları)

Ən sərfəli kredit üçün müraciət et

3. Gürcüstan (219,1 milyon ABŞ dolları)

4. İsveçrə (86,4 milyon ABŞ dolları)

5. Qazaxıstan (72,4 milyon ABŞ dolları)

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et