Qeyri-neft ixracı qeyri-neft idxalını maliyyələşdirmir | Banco.az

Qeyri-neft ixracı qeyri-neft idxalını maliyyələşdirmir

Azərbaycanda qeyri-neft idxalının qeyri-neft ixracı hesabına maliyyələşdirilə bilməməsi və bu idxal həcminin təxminən yarısını istehlak mallarının təşkil etməsi istehlak bazarını xarici faktorlar qarşısında kövrək etməklə, məzənnə sabitliyində təbii resurs amilinin, qiymət stabilliyində isə məzənnə sabitliyinin rolunu bir daha vurğulamış olur.

Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“İxracda əsas payın bir növ əmtəəyə məxsus olması ötən il ərzində neft bazarında cərəyan edən tərəddüdlərin ölkə daxilindəki iqtisadi proseslərə sürətli transmissiyasına şərait yaradıb. Belə ki, qlobal karantin tədbirləri və tələb həcminin azalması ilə əlaqədar həm malların ixracı, həm də idxalı üzrə azalma qeydə alınmış, ixracın azalma tempi idxal üzrə analoji rəqəmi üstələyib. Neft mallarının ixracı digər sektorlar üzrə ixracı 6 dəfə üstələyərək, cəmi mal ixracının 86%-ni təşkil edib. 2020-ci ildə malların idxalı illik müqayisədə 11,1% azalaraq, 10 076,6 milyon ABŞ dollarına bərabər olub, bunun da 42,6%-i istehlak mallarının payına düşüb. Hesabat ilində də qeyri-neft idxalının qeyri-neft ixracından əhəmiyyətli üstünlüyü davam edib.

Həm cari əməliyyatlar balansı, həm də maliyyə hesabı üzrə kəsirin formalaşması ölkənin ehtiyat aktivlərinin 1 987,7 milyon ABŞ dolları qədər azalması ilə nəticələnib. Xatırladaq ki, əvvəlki il analoji göstərici 5 142,9 milyon ABŞ dolları artımla qeydə alınıb”, - rəydə qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et