Qeydiyyatdan keçənlərə 190 manatı ala bilmələrinin öyrənilməsi qaydası – VİDEO | Banco.az

Qeydiyyatdan keçənlərə 190 manatı ala bilmələrinin öyrənilməsi qaydası – VİDEO

Xəbər verdiyimiz kimiNazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Hazırda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

“azerpost.az” saytında “Birdəfəlik ödəmənin verilməsi haqqında məlumata” daxil olaraq şəxsiyyət vəsiqəsinin seriyasını və ya PİN kodu daxil etməklə məlumat almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, vətəndaşların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə birdəfəlik ödəmə barədə də SMS göndərilir.

banker.az

Ən sərfəli krediti almaq üçün müraciət et