Qətər dünya çempionatına nə qədər xərcləyib? | Banco.az

Qətər dünya çempionatına nə qədər xərcləyib?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qətərin ev sahibliyi edəcəyi 2022-ci il futbol üzrə dünya çempionatı indiyə qədərki ən bahalı dünya çempionatı olacaq.

Banco.az xəbər verir ki, Qətərin paytaxtı Doha şəhəri Yaxın Şərqdə keçiriləcək ilk Dünya Kubokunda 1 milyondan çox futbol azarkeşini qəbul etmək üçün tikilən yeni stadionlar və otellərlə böyük dəyişikliklərə məruz qalıb. Turnirə hazırlıq çərçivəsində 7 yeni futbol stadionu, stadionların inteqrasiyası üçün metro qovşağı, hava limanı, xəstəxanalar, otellər və ticarət mərkəzləri tikilib.

Tanınmış nəşrlər sözügedən hazırlıq prosesləri üçün Qətərin nə qədər xərclədiyini araşdırıb ki, ilkin hesablamalara görə, Qətər turnirə ev sahibliyi etmək hüququ qazandığı vaxtdan indiyədək ümumilikdə 300 milyard dollar xərcləyib.

“Forbes”in xəbərində isə qeyd olunub ki, Qətərin dünya çempionatına ev sahibliyi etmək üçün xərclədiyi təxmini məbləğ 229 milyard dollar həcmindədir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Körfəz regionundakı varlı qonşuları ilə Avropanın böyük futbol klublarına milyardlarla dollar xərcləyən Qətərdəki dünya çempionatının təxminən 5,4 milyard dollar gəlir gətirəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et