Qadınların və əlilliyi olan şəxslərin əl işləri Qış festival-yarmarkasında | Banco.az

Qadınların və əlilliyi olan şəxslərin əl işləri Qış festival-yarmarkasında

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların və əlilliyi olan şəxslərin əl işləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunmuş Qış festival-yarmarkasında ​nümayiş olunur.

21 yanvar 2020-ci ilədək davam edəcək festival-yarmarka​ “Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü, KOBİA və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilir. Festival-yarmarkada 15 qadın və əlilliyi olan şəxsin hazırladığı müxtəlif bəzək əşyaları, milli geyimlər və suvenirlər, araxçınlar, toxuma nümunələri, çantalar, aksesuarlar, ağac üzərində oymalar, oyuncaqlar, rəsmlər, şirniyyat məhsulları və s. sərgilənir.

Ən sərfəli kredit üçün müraciət et

Festival-yarmarkanın təşkilində məqsəd Bakı sakinlərinin və turistlərin vaxtının maraqlı keçirilməsinə, Azərbaycan məhsullarının daha çox tanıdılmasına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadın və əlilliyi olan şəxslərin əl işlərinin satışına dəstək göstərilməsidir. 

Ən sərfəli krediti almaq üçün müraciət et