"PwC" bu banklarımızın maliyyə hesabatlarını yoxlayır | Banco.az

"PwC" bu banklarımızın maliyyə hesabatlarını yoxlayır

PricewaterhouseCoopers (PwC) – Mərkəzi İngiltərə-Londonda yerləşən peşəkar xidmət şəbəkəsidir. “Böyük Dördlük” şirkətləri arasında gəlirlərinə görə ikinci, əməkdaşlarının sayına görə isə üçüncüdür.

PwC 157 ölkədə yerləşən şirkətlər şəbəkəsi olub müştərilərə audit, vergi və məsləhət xidmətləri göstərir və 208 min-dən çox işçisi var.

Şirkət 1998-ci ildə Coopers & Lybrand və Price Waterhouse-un birləşməsindən formalaşıb. 2016-cı il etibarilə ABŞ-ın 5-ci ən böyük özəl şirkətidir.

"PricewaterhouseCoopers AUDİT AZƏRBAYCAN" məhdud məsuliyyətli cəmiyyəti PwC-nin Azərbaycandakı üzv şirkətidir.

E-mail: [email protected]

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. 

Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.

"PricewaterhouseCoopers AUDİT AZƏRBAYCAN" MMC Azərbaycanda bir sıra bankların kənar auditini həyata keçirir və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmamasını yoxlayır.

PwC audit şirkəti Azərbaycanda aşağıdakı bankların auditini həyata keçirir və göstərilmiş illərdə ardıcıl olaraq banklara audit xidməti göstərmişdir:

Bank

Bank ilə ardıcıl olaraq çalışma müddəti

Atabank

2014-2015

Caspian Development
 Bank

2015

Ziraat Bankı

2015

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et