Putindən Mərkəzi Avrasiya dəhlizinin yaradılması ilə bağlı tapşırıq | Banco.az

Putindən Mərkəzi Avrasiya dəhlizinin yaradılması ilə bağlı tapşırıq

Müəllif: Mehin Qasımova/Banco.az 

Rusiya prezidenti Vladimir Putin  hökumətə Mərkəzi Avrasiya dəhlizinin formalaşdırılması məsələsinə baxmağı tapşırıb. 

Banco.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunmuş təlimatlar siyahısında deyilir.

"Fevralın 15-dək Nazirlər Kabineti Monqolustan və Qərbi Çindən keçməklə Mərkəzi Avrasiya nəqliyyat dəhlizinin formalaşdırılması məsələsinə baxmalıdır. 

Bu vaxta qədər onun formalaşması üçün mümkün fəaliyyətlərlə bağlı təkliflər vermək lazım gələcək", - deyə Prezident qeyd edib.

Bundan əvvəl Putin Arktika zonasında yeni istehsal müəssisələri üçün yüklərin dəmir yolu ilə daşınmasına güzəştlərin verilməsi imkanlarını nəzərdən keçirməyi tapşırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et