Putin: "Türkiyənin təbii qaz mərkəzinə çevrilməsində hər kəs maraqlıdır" | Banco.az

Putin: "Türkiyənin təbii qaz mərkəzinə çevrilməsində hər kəs maraqlıdır"

Müəllif:Mehin Qasımova/Banco.az

Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsi proqramında enerji sektoru ilə bağlı qiymətləndirmələrini bölüşüb.

Banco.az xəbər verir ki, Vladimir Putin  Türkiyənin təbii qaz mərkəzinə çevrilməsində hər kəsin maraqlı olduğunu bildirib. 

O,qeyd edib ki, rusiyalı mütəxəssislər xaricdə nüvə enerjisi üzrə 22 enerji blokunun tikintisini həyata keçirirlər ki, bu da bazarda payın 80 faizini təşkil edir.

Mersində yerləşən Akkuyu Atom Elektrik Stansiyasında işlərin davam etdiyini bildirən Putin, rus mütəxəssislərin stansiyanı idarə edəcəyini bildirib.

Prezident Avropanın enerji siyasətini tənqid edərək, əslində Rusiyanın enerji resurslarından istifadədən imtina etdiklərini bildirib.

O, Türkiyə, Rusiya və Avropa qitəsində öz resurslarını əldə etmək istəyən hər kəsin layihədə maraqlı olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Vladimir Putin Türkiyədə transfer mərkəzinin yaradılmasında heç bir problem görmədiklərini və layihə davam etdikcə digər ölkələrin də prosesə cəlb oluna biləcəyini əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et